Baş Dünya Hadisə

Ana 3 yaşlı qızını öldürdüyünü etiraf etdi

Ana 3 yaşlı qızını öldürdüyünü etiraf edib.

365.com.az “sonxeber”ə istinadən xəbər verir ki, dəhşətli olay Rusiyada yaşanıb.

Mariya Plenkina adlı 21 yaşlı qadın 3 yaşlı qızı Kristinanı evdə tək qoyaraq 1 həftəlik əyləncə mərkəzinə gedib.

Azyaşlının ölümü ilə bağlı keçirilən məhkəmədə hakim bildirib ki, evdə tək qalan Kristina o qədər ac olub ki, yuyucu toz yeyib.

Azyaşlı tapılan zaman çılpaq olub və onun acından öldüyü təsdiqlənib. Qızı onun nənəsi tapıb. O, dərhal polisə xəbər verib.

Məhkəmə Mariyanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.