Ölkə

Aİ Regional komitəsinin üzvləri: Seçkilər legitimdir

Avropa İttifaqı Regional komitə üzvlərinin Müşahidə Missiyası 11 aprel prezident seçkilərinin nəticələrinə dair bəyanatını açıqlayıb.

365.com.az-ın APA-a istinadən xəbərə görə, Missiyanın üzvü Uno Silberq səsvermə günü 46 seçki məntəqəsində müşahidə həyata keçirdiklərini deyib. O, müşahidələrə və araşdırmalara əsasən, prezident seçkilərinin önə çəkilməsinə dair qərarın milli qanunvericiliyə uyğun qəbul edildiyini, səsvermə prosesinin texniki və təşkilatı baxımdan yaxşı təşkil edildiyini bildirib.

U. Silberq seçici fəallığının yüksək olduğunu və səsvermə prosesinin dinc şəraitdə keçirildiyini, kənar müdaxilələr müşahidə etmədiklərini deyib: “Üç məntəqədə səslərin sayılması prosesini izlədik və heç bir maneçilik olmadı. Yekun olaraq belə hesab edirik ki, seçkilər legitimdir və seçicilərin sərbəst, gizli səsvermə hüquqları təmin edilib”.

Bir cevap yazın