Hadisə Region

Ağsunun Kəndaxan kəndinə yaxın dağlıq ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb

Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidədir.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.