İqtisadiyyat Region

Ağsuda zəlzələdən zərər çəkən evlərin qaz təchizatı yaxşılaşdırılır

Avqustun 23-də səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.

365.com.az-ın Azərtaca istinadən məlumata görə, bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.