Hadisə Region

Ağsuda yanğın olub

Avqustun 17-də axşam saat 20 radələrində Ağsu rayonunun Navahı kəndi ərazisindəki biçilmiş taxıl sahəsində yüksək gərginlikli elektrik xətlərinin altında yanğın baş verib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsinin 2 ədəd yanğınsöndürən avtomobili və 12 nəfər canlı qüvvəsi hadisə yerinə gəlib. Bir saat ərzində yanğın söndürülüb. Hadisə nəticəsində 1 hektar biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yüksək gərginlikli elektrik xətləri mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.