Hadisə

Ağsu sakini intihar edib

Ağsu rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İlxıçı kənində qeydə alınıb. Kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

Üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cevap yazın