Region

Ağsu sakini intihar edib

Ağsuda intihar hadisəsi olub.

365.com.az-ın APA-a istinadən verdiyi xəbərə görə, bu gün rayonun Kəndoba kəndində 1970-ci il təvəllüdlü Əliyev Əsgər Qardaşəli oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.

İki uşaq atası olan Əsgər Əliyevin özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cevap yazın