Hadisə Region

Ağsu şəhərindəki fərdi evdə yanğın baş verib

Sentyabrın 5-də saat 10 radələrində Ağsu şəhərindəki Tofiq İsmayılov küçəsində Şəmsəddin Piriyevə məxsus 45 nömrəli fərdi yaşayış evində yanğın baş verib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsinə məxsus 3 yanğınsöndürən maşın və 12 nəfərlik canlı qüvvə 45 dəqiqə ərzində yanğını söndürüb.

Yanğın nəticəsində evə bitişik olan tövlə və evin dam örtüyü də daxil olmaqla 5 kvadratmetrdən çox ərazisi yanıb.

İlkin məlumata görə, yanğın elektrik xəttindəki qısa qapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.