Baş Mədəniyyət Ölkə Region

Ağdam Muğam Mərkəzində Torpağın Səsi adlı konsert keçirilib.

Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə Ağdam Muğam Mərkəzində Konsert keçirilmişdir. 365.com.az-ın verdiyi məlumata görə, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən “Torpağın Səsi” layihəsi çərçivəsində keçirilən konsertin əsas məqsədi Ağdam Musiqi Kollecində təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi olmuşdur.

Layihə rəhbəri Elnur Səlimovun verdiyi məlumata görə əsas repertuarı muğam və xalq mahnıları olan konsertdə təxminən 200-dən artıq tamaşaçı var idi. Tamaşaçılar arasında Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən Ağdam İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov,  Ağdam Musiqi Kollecinin müəllim və tələbə kollektivi, həmçinin məktəbin direktoru cənab Rəfail Musayev,  rayon ictimaiyyəti valideynlər və digər qonaqlar iştirak etmişlər.

İki saat davam edən konsert məktəbin birləşmiş xor və orkestr kollektivinin çıxışı ilə başladı və solo ifaları ilə davam etdi. Sonda Kollecin direktoru Rəfail müəllim konsert münasibətilə bütün kollektivi təbrik etdi və daha böyük konsertlərə imza atmaqlarını arzuladı həmçinin bütün məktəb kollektivi və ifaçılarla xatirə şəkilləri çəkildi.