Baş Kriminal Region

Ağcabədidə narkotik alverçisi tutulub

Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

365.com.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcəbədi rayon Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən marixuana və heroin aşkar edilib. Onun yaşadığı evə baxış zamanı isə çəkisi 120 qram olan marixuana və 200 qramdan artıq heroin də aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır