Dünya

Afrindən Türkiyəyə atılan raket restorana düşüb, yaralananların olduğu bildirilir

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb.

APA-nın “NTV”-yə istinadən verdiyi xəbərə görə, Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.

Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.

Xatırladaq ki, Türkiyə Ordusu Afrində əməliyyat keçirir.

Bir cevap yazın