Baş Region

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı İmişi rayonunun ümumi təhsil məktəblərində silsilə tədbirlər keçirilib.

Bu barədə 365.com.az-a İmişli Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev məlumat verib. O, bildirib ki, tədbirlər soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik süküt edilməsi ilə başlayıb.

Çıxış edənlər XX əsrin əvvəllərindən başlayaraq ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı cinayətlərindən danışıblar. Bildiriblər ki, 1918-ci il mart ayının sonlarında mənfur daşnaklar üç gün ərzində Bakı, Şamaxı, Quba və Azərbaycanın digər yerlərində on minlərlə əliyalın soydaşımızı amansızlıqla qətlə yetiriblər. Həmin günlərdə ermənilər dinc sakinləri öldürməklə kifayətlənməyiblər, onlar həm də məscidləri, milli-mədəniyyət abidələrimizi yerlə-yeksan ediblər.

Tarix boyu havadarlarına arxalanaraq xalqımıza qarşı təcavüzkar siyasət yeridən ermənilərin bizim torpaqlarımızın hesabına özlərinə dövlət qurduqları da tədbirlərdə qeyd edilib. Onların indiki dövrdə də bu siyasəti davam etdirdikləri çıxışlarda vurğulanıb. Ona görə də, gənc nəslin nümayəndələri hər bir zaman mənfur düşmənə qarşı hərtərəfli mübarizəyə hazır olmalıdır.

Tədbirlərdə xalqımıza qarşı törədilmiş qırğını özündə əks etdirən videoçarxlar göstərilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

[Best_Wordpress_Gallery id=”99″ gal_title=”31 mart”]

Bir cevap yazın