Mədəniyyət Region

“Girov qan” kitabının təqdimatı oldu

Martın 1-də şair Nazim Zahidin “Girov qan” adlı yeni kitabının təqdimatı olub.

365.com.az  məlumat verir ki, Nazim Zahid İmişli rayonu, Qafar Babaşov adına Qaravəlli kənd tam orta məktəbində rus dili müəllimi işləyir. Şagirdlərin sevimli müəllimi olan Nazim Zahid daim yeniliklər edir, uşaqları təhsilə cəlb etmək üçün müxtəlif həvəsləndirici tədbirlər, bilik yarışları keçirir.

Nazim Zahid həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, istedadına görə “İti qələm” Respublika Ədəbi Birliyinin fəxri diplomu ilə təltif olunub.

Şairin “Girov qan” kitabında povest və hekayələri toplanıb. Kitabda “Girov qan”, “Acı xatirə”, “Ata yurdu”, “Cazibə” və s. kimi əsərlərə yer verilib. “Girov Qan” əsərində yaralı yerimiz olan Qarabağ mövzusuna toxunulmuşdur

Yazıları vaxtaşırı mətbuatda çap olunan şairin, özünəməxsus oxucu kütləsi var. “Girov qan” kitabı yazarın “Yağış altda yol gedirəm”, “Yarımçıq monoloq” və “Yarımçıq nəfəsdir ömür” kitablarından sonra sayca dördüncü kitabıdır.